• (+994) 50 523 63 63 - Reservation *5353
  • Re-examination - (+994) 51 761 56 36

Uşaqlarda görmə zəifliyi | Əsas səbəblər

Uşaqlarda görmə zəifliyini yaradan əsas səbəblər

Uşaqlarda görmə zəifliyi son illərdə ən çox rast gəlinən göz problemlərindən biridir. Miopiya, astiqmatizm, ambliopiya və çəpgözlük kimi xəstəliklər erkən mərhələdə aşkarlanmasa, uşağın həm akademik, həm sosial, həm də emosional inkişafına mənfi təsir göstərə bilər. Erkən diaqnostika, müayinə və müalicə uşaqların normal görmə qabiliyyətini qorumaq və gələcəkdə yarana biləcək ciddi problemlərin qarşısını almaqda kömək edir.


Uşaqlarda görmə zəifliyi niyə yaranır?

Uşaqlarda görmə zəifliyinin yaranma səbəbləri çoxşaxəlidir. Genetik faktorlar, ekran istifadəsi, qeyri-düzgün işıqlandırma və vaxtında aparılmayan müayinələr görmə problemlərinin başlıca səbəbləridir. Bu bölmə valideynlərə uşaqlarında görmə zəifliyinin niyə yarandığını anlamağa kömək edir və diqqət yetirməli əsas risk faktorlarını açıqlayır.

Genetik faktorlar və irsi göz xəstəlikləri

Valideynlərdə miopiya, astiqmatizm və ya digər göz xəstəlikləri varsa, uşaqlarda da bu problemlərin yaranma ehtimalı artır. Genetik faktorlar xüsusilə miopiya hallarında daha çox təsirlidir. Uşağın göz sağlamlığını qorumaq üçün ailəsində göz problemi olan uşaqlar mütəmadi oftalmoloji müayinədən keçirilməlidir. Erkən aşkar edilmiş irsi problemlər uğurla idarə oluna və ciddi görmə itkisi riskini azalda bilər.

Ekran istifadəsi 

Telefon, planşet və kompüter qarşısında uzun müddət qalmaq uşaqlarda göz yorğunluğunu artırır, miopiya riskini yüksəldir və yaxın görmə qabiliyyətinə mənfi təsir göstərir. Xüsusilə 6–14 yaş arası uşaqlarda uzun ekran vaxtı görmə zəifliyini sürətləndirə bilər. Bu səbəbdən valideynlər uşaqların ekran vaxtını məhdudlaşdırmalı və hər 20 dəqiqədən bir gözlərini dincəltmələrinə şərait yaratmalıdır. Ekran istifadəsinin gözdə başqa hansı problemlər yarada biləcəyini və ekrandan çox istifadənin fəsadlarını öyrənmək üçün daha öncə bu haqda hazırladığımız bloqumuza keçid edə bilərsiniz.

Vaxtında aparılmayan göz müayinəsi

Bir çox valideyn görmə problemindən yalnız uşaq şikayət etdikdə xəbərdar olur. Halbuki uşaqlar çox vaxt zəif gördüklərini anlamırlar. Vaxtında aparılan profilaktik göz müayinəsi ambliopiya, çəpgözlük və digər problemlərin erkən mərhələdə aşkarlanmasına imkan verir, uşaq üçün uzunmüddətli görmə sağlamlığını təmin edir. Bu səbəbdən uşaqları mütamadi olaraq həkim müayinəsinə aparmaq vacibdir.

Uşaqlarda ən çox rast gəlinən görmə problemləri

Uşaqlarda görmə problemləri müxtəlif formalarda ortaya çıxır və hər biri fərqli yanaşma tələb edir. Burada ən çox rast gəlinən problemləri, miopiya, hipermetropiya, astiqmatizm, ambliopiya və çəpgözlüyü haqqında ətraflı məlumat əldə edərək müalicə üsullarını öyrənəcəksiniz.

Miopiya, hipermetropiya və astiqmatizm

Miopiya uşağın uzağı zəif görməsinə, hipermetropiya yaxını görməsində çətinlik yaratmasına, astiqmatizm isə görmənin bulanıq və təhrif olunmuş olmasına səbəb olur. Bu problemlər adətən eynək, kontakt linza və ya bəzi hallarda xüsusi müalicə ilə korreksiya edilir. Erkən diaqnostika uşağın normal görmə qabiliyyətinin qorunmasına dəstək olur.

Uşaqları miopiya, hipermetropiya və astiqmatizmdən qorumaq üçün bir neçə vacib addım var. Əvvəlcə, uşağın gözlərini ildə ən azı bir dəfə mütəmadi olaraq həkimə göstərmək çox önəmlidir. Ekran qarşısında uzun müddət qalmasını məhdudlaşdırmaq və oxuma-yazma zamanı kifayət qədər işıqlandırma təmin etmək də göz sağlamlığı üçün vacibdir. Uşaqların kitab və ekranlarla düzgün məsafədə oturması, hər 20–30 dəqiqədən bir gözlərini dincəltməsi, uzağa baxması göz yorğunluğunu azaldır və görmə problemlərinin qarşısını alır. Bununla yanaşı, A vitamini və omeqa-3 ilə zəngin göz üçün faydalı qidaları balanslı şəkildə qidalanmalarına daxil etmək uşaqların görmə qabiliyyətinin qorunmasına kömək edir.

 Ambliopiya (tənbəl göz) nədir?

Ambliopiya (tənbəl göz) nədir?



 


Ambliopiya bir gözün digərindən zəif işləməsi ilə xarakterizə olunur. Vaxtında müalicə edilməzsə, qalıcı görmə itkisinə səbəb ola bilər. Erkən yaşda aparılan müalicə və məşqlərlə nəticələr yüksəkdir.

Ambliopiyada əsas müalicə əməliyyat deyil, gözü qapama (patch) terapiyası, xüsusi məşqlər və eynəkdən istifadədir. Yalnız nadir hallarda struktur problemi olduqda cərrahi müdaxilə tətbiq oluna bilər.

Çəpgözlük 

Çəpgözlük estetik problem olmaqla yanaşı, görmə funksiyasına da təsir edir. Müalicə üsulları arasında eynək, xüsusi məşqlər və bəzi hallarda cərrahi müdaxilə mövcuddur. Erkən müdaxilə uşağın göz koordinasiyasını yaxşılaşdırır və gələcəkdə ciddi görmə problemlərinin qarşısını alır.

Çəpgözlük xəstəliyinin aradan qaldırılmasında göz əzələlərinin tarazlığını bərpa etmək üçün əməliyyat edilə bilər. Bu, adətən 3–10 yaş aralığında olan uşaqlar tövsiyə olunur. Lakin daha böyüklərdə də icra edilə bilər. Əməliyyatla həm estetik görünüş, həm də görmə funksiyasının yaxşılaşdırılması mümkündür.


Görmə problemləri əməliyyatla aradan qaldırıla bilər?

Miopiya, hipermetropiya və astiqmatizm kimi göz qüsurlarını aradan qaldırmaq üçün əməliyyatlar mümkündür. Ən çox tətbiq olunan üsullar lazer korreksiya əməliyyatları (LASIK, PRK və s.) və bəzi hallarda refraktiv linzalardır. Lakin bu əməliyyatlar adətən 18 yaşdan sonra tövsiyə olunur. Çünki uşaqların və yeniyetmələrin gözləri hələ tam formalaşmayıb və görmələri stabilləşməyib. Daha gənc yaşlarda isə görmə problemləri əsasən eynək və kontakt linzalar vasitəsilə müalicə edilir.

Erkən Diaqnostika Gələcək Görmə Sağlamlığının Təminatıdır

Uşaqlar görmə zəifliyinin aşkar edilməsi və düzgün müalicə ilə qarşısının alınması üçün erkən müayinə ən vacib nüansdır. Valideynlərin diqqətli olması və uşaqları mütəmadi oftalmoloji yoxlanışdan keçirməsi gələcəkdə baş verə biləcək ciddi problemlərin qarşısını almağa kömək edir. Erkən diaqnostika və maarifləndirmə uşağın gələcək görmə sağlamlığının təminatıdır.

Dr. Cavid Şahbazovun tövsiyələri ilə uşaqların gözlərini qoruma yollarını öyrənə və əlamətləri vaxtında tanıya bilərsiniz. Daha ətraflı məlumat almaq üçün həkim müayinəsinə qeydiyyatdan (https://www.drcahid.com/#elaqe) keçə bilərsiniz. Unutmayın ki, erkən müayinə uşaqların göz sağlamlığı üçün böyük əhəmiyyət daşıyır.