• (+994) 50 523 63 63 - Reservation *5353
  • Re-examination - (+994) 51 761 56 36

Göz yorğunluğu nədən yaranır? Əsas səbəblər

Göz yorğunluğu nədən yaranır? Əsas səbəblər və bilməli olduğunuz hər şey

Göz yorğunluğu (tibbi adıyla astenopiya), göz əzələlərinin uzun müddət intensiv işləməsi nəticəsində yaranan narahatlıq və funksional əziyyət halıdır. Bu vəziyyət ən çox müasir həyat tərzi ilə əlaqəlidir. Komputer, smartfon və planşet kimi cihazlara saatlarla baxmaq, kitab oxumaq və yaxını fokuslamaq göz əzələlərinin fasiləsiz gərginliyinə gətirib çıxarır. Bu isə zamanla gözdə yanma, quruluq, ağırlaşma hissi yaradır. Nəticə etibarı ilə bulanıq görmə və baş ağrısı kimi əlamətlərlə müşahidə olunur. Bu simptomlar ilk vaxtlar hər nə qədər təhlükəli görünməsə də, davam etdikdə gündəlik fəaliyyətləri çətinləşdirə və göz sağlamlığını pisləşdirə bilər. Buna görə də öncədən diqqət etmək vacibdir.



Göz yorğunluğu

Göz yorğunluğu nədir və necə hiss olunur?

Göz yorğunluğu, yalnız fiziki yorğunluq deyil. Bu, göz əzələlərinin və onların fokuslama 

mexanizminin uzun müddət fasiləsiz işləməsi nəticəsində yaranan stress halıdır. Gözlər daxili əzələlər vasitəsilə obyektləri fokuslamaq üçün daima çalışır. Uzun müddət eyni məsafəyə baxmaq, göz əzələlərinin rahatlama imkanını məhdudlaşdırır və nəticədə yorğunluq hissi yaranır. Bu hal xüsusilə ekranlara mütamadi baxıldıqda intensivləşir. Çünki ekrandakı mətn və görüntülər davamlı diqqət tələb edir və göz əzələlərini yorur.


 Göz yorğunluğunun ilk əlamətləri hansılardır?

Göz yorğunluğunu ilk mərhələdə fərqləndirən ən tipik simptomlar aşağıdakılardır:

  1. Gözlərdə ağırlıq və yorğunluq hissi (Xüsusilə günün sonuna doğru)

  2. Yanma, qaşınma və göz səthində quruluq hissi

  3. Bulanıq görmə və fokuslanma çətinliyi

  4. Baş ağrısı (Xüsusən göz ətrafında və alın nahiyəsində hiss olunur)  

Bu simptomlar çox vaxt gün ərzində artır və axşama doğru daha da kəskinləşir.


Hansı hallarda göz yorğunluğu təhlükəli ola bilər?

Göz yorğunluğu öz-özünə təhlükəli olmasa belə, əlamətlər uzun müddət davam edərsə və ya aşağıdakı hallarla müşayiət olunarsa, həkimə müraciət vacibdir.

  • Görmə itiliyində ciddi azalma

  • Davamlı və kəskin baş ağrısı

  • İkiqat görmə və ya gözlərdə qeyri-adi ağrı

  • Göz qızarması, şişkinlik və ya sulanma

Bu simptomlar başqa göz xəstəliklərinin göstəricisi ola bilər, buna görə də həkim tərəfindən müayinə vacibdir.


Yanlış işıqlandırma və mavi işıq təsiri

Ekranlardan yayılan mavi işıq uzun müddətli baxış zamanı vizual stress yarada bilər və bu da göz yorğunluğunu gücləndirir. Həmçinin, zəif və ya həddindən artıq parlaq işıqlandırma, ekranla ətraf işıq arasında kontrastın çox olması gözləri daha çox yorar və fokuslama çətinliyi yaradır. Belə şəraitdə göz əzələləri daha çox enerji sərf edərək adaptasiya olmağa çalışır. Ekrana baxarkən biz normaldan daha az göz qırpırıq, bu isə göz səthinin daha tez qurumasına səbəb olur. Quru göz səthi həm yanma hissi yaradır, həm də vizual narahatlığı artırır. Bu simptom xüsusilə kontakt linza istifadə edənlərdə daha qabarıq olur, çünki linzalar göz səthindəki gözyaşının paylanmasını dəyişdirir.



mavi işıq təsiri

 Kimlər göz yorğunluğunu daha tez yaşayır?

Göz yorğunluğu bəzi insanlarda daha tez və intensiv ortaya çıxır. Xüsusilə, uzun müddət ekran qarşısında işləyənlər, telefon, planşet və s. kimi cihazlarla istifadə müddətini artıranlarda simptomlar daha sürətlə ortaya çıxır. Bu qruplarda göz əzələlərinin fasiləsiz işləməsi və göz səthinin quruması yorğunluq simptomlarını sürətlə artırır. Göz yorğunluğunu önləmək və əlamətləri vaxtında tanımaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir.


Ofis işçiləri və tələbələr

Gün ərzində saatlarla kompüter qarşısında işləyən ofis işçiləri və tələbələr rəqəmsal cihazlara baxış müddətinə görə yüksək risk altındadır. Belə şəraitdə həm görmə fokuslama, həm də göz qırpma ritmi pozulur, bu da yorğunluq simptomlarının şiddətini artırır.

Kontakt linza istifadəçiləri

Kontakt linza taxan şəxslərdə göz səthinin quruluğu daha tez baş verə bilər, çünki linzalar gözyaşının bərabər paylanmasını azaldır və göz səthində əlavə quruluq yaradır. Bu da göz yorğunluğu hissini daha kəskin edərək şiddətli baş ağrısına səbəb ola bilər.

Uşaqlarda və yeniyetmələrdə göz yorğunluğu

 Telefon və planşet istifadəsinin artması nəticəsində uşaqlar arasında ekran qarşısında qalma müddəti əhəmiyyətli dərəcədə yüksəlmişdir. Bu, yalnız göz yorğunluğu ilə bitmir, eyni zamanda miopiyanın inkişaf riskini də artırır. Xüsusilə açıq havada az vaxt keçirən uşaqlarda bu daha çox müşahidə olunur.

 Göz yorğunluğundan necə qorunmaq olar?

Göz yorğunluğu ilə mübarizədə sadə, amma effektiv üsullar mövcuddur. Bu hissədə ekran qarşısında düzgün vərdişlər, 20-20-20 qaydası, optimal işıqlandırma və fasilələrin əhəmiyyəti haqqında ətraflı məlumat verilir. Eyni zamanda kontakt linza istifadəçiləri və ofis işçiləri üçün xüsusi tövsiyələr təqdim olunur ki, göz yorğunluğu riskini minimuma

endirərək göz sağlamlığını qoruyalar.

20-20-20 qaydası nədir və necə tətbiq edilir?

20-20-20 qaydası ekran istifadəsi zamanı gözləri rahatlatmaq üçün sadə və effektiv metoddur. Belə ki, hər 20 dəqiqədən bir, ən azı 20 saniyə ərzində təxminən 6 metr (20 fut) məsafədəki bir obyektə baxın. Bu vərdiş göz əzələlərinə və fokuslama sisteminə qısa fasilə verir və yorğunluğu azaldır.

Ekran qarşısında düzgün göz vərdişləri

Göz yorğunluğundan necə qorunmaq olar?


Ekranla göz arasında optimal məsafə təxminən bir qol uzunluğu (60-70 sm) olmalı, ekran göz səviyyəsindən bir az aşağıda yerləşdirilməlidir. Ekran parlaqlığı ətraf işıqlandırmaya uyğun tənzimlənməli və ekran ətrafında qalan yansımalar minimal olmalıdır. Belə şərait göz stressini azaldır və rahatlığı artırır.

Həkim tövsiyyəsi

Əgər yuxarıdakı profilaktik tədbirlərə baxmayaraq simptomlar, bulanıq görmə, davamlı baş ağrısı, göz qızarması kimi əlamətlər güclənərsə, həkimə müayinə olunmaq mütləqdir. Əks halda nəzərə almadığınız simptomlar sizdə miyopiya, astiqmatizm və s. kimi göz xəstəliklərinə səbəb ola bilər. Dr. Cavid Şahbazovun tövsiyələri ilə gündəlik vərdişlərinizi düzəldərək gözlərinizi qoruma yollarını öyrənə və əlamətləri vaxtında tanıya bilərsiniz. Daha ətraflı məlumat almaq və göz sağlamlığınızı qorunmaq üçün həkim müayinəsinə qeydiyyatdan (https://www.drcahid.com/#elaqe) keçə bilərsiniz. Unutmayın ki, erkən müayinə göz